“İyun ayının birindən sonra ticarət mərkəzlərinin açılması və rayonlara gediş-gəliş məsələsinə baxılacaq”. 
Astarainfo.az
 xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə,  gediş-gəlişin şəxsi avtomobillərlə və ya ictimai nəqliyyatla olması məsələsi müzakirə olunacaq: “Ancaq, “Mall”ların, böyük ticarət mərkəzlərinin iyunun birindən açılması məsələsi gündəmdədir. Əgər  göstəricilər stabil olarsa bu barədə qərar veriləcək”. 

Astarainfo.az