Lənkəranda zəlzələ olub.
AMEA Seysmoloji Xidmət Mərkəzindən Astarainfo.az-a verilən məlumata görə, yerli vaxtla saat 11:39-da Lənkəran stansiyasından 19 km şimal-qərbdə Lənkəran ərazisində zəlzələ qeydə alınıb.
3.5 maqnitudalı zəlzələ episentrdə zəif hiss olunub. Yeraltı təkan 10 kilometr dərinlikdə qeydə alınıb.
Astarainfo.az