Lənkəran Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə dezinfeksiya işləri davam etdirilir.
Astarainfo.az xəbər verir ki, Astara Rayon Heydər Əliyev Mərkəzində, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində və Uşaq Musiqi Məktəbində növbəti dəfə dezinfeksiya işləri aparılıb.
Mədəniyyət müəssisələrinin bütün otaqları, həyətyanı əraziləri tam şəkildə dezinfeksiya edilib.
Qeyd edək ki, Astarada dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir.
Astarainfo.az