Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 142 mindən çox artıb.
Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
İyunun 11-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 142 672 nəfər yeni koronavirusa yoluxub, 5 055 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 7 553 182, ölənlərin isə 423 349 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb – 3 638 525 yoluxma və 196 440 ölüm halı.
İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 378 958, ölənlərin sayı isə 187 468 nəfərə çatıb.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 737 641 yoluxma və 16 260 ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
astarainfo.az