Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın paylaşımında deyilir:

“Əziz həmvətənlər!

Sizi Milli Qurtuluş Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! Hər birinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!”.

astarainfo.az