Bəyazlığın işığında
Azərbaycanın ümumilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı sərəncama əsasən ölkəmizdə iyunun 17-i Tibb işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Tarixdən bəllidir ki, 1918-ci il mayın 28-də Azərbaycan müstəqilliyini elan edəndən sonra Milli hökümət iyunun 16-da Tiflisdən Gəncəyə köçür.Səhəri gün ilk Səhiyyə və Sosial Təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırılır.
Mənbəyini Azərbaycan Xalq Cümhuriyyətindən götürən Azərbaycan səhiyyəsi əsrdən artıq müddətdə olduqca böyük inkişaf yolu keçib, tibb müəssilərinin maddi texniki bazasının gücləndirilməsi,yeni tibbi texnologiyaların tətbiqi,kadr İslahatları və digər köklü tədbirlər respublikanın qabaqcıl ölkələrin səviyyəsinə çıxmasına imkan yaradıb.Son on ildə tibb müəssisələrinin təmiri və bərpası ,vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması,onların müalicəsi,regionlarda diaqnostika mərkəzlərinin tikilib istifadəyə verilməsi,uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətləridir.Azərbaycanda 700-ə yaxın tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib,müasir avadanlıqlarla təmin olunub.Bu müəssisələrdə öz ixtisasını laiqincə bilən on mindən çox həkim komandası-tibb işçisi əhalinin sağlamlığı keşiyində durmaqla peşə borclarını sədaqətlə ödəyirlər.
Azərbaycan respublikası prezidenti İlham Əliyevin bütün sahələrdə olduğu kimi tibb sahəsinə də göstərdiyi qayğı göz önündədir.Bütün regionlarda ,eyni zamanda gündən-günə inkişaf edən Astarada da çoxdan əsaslı təmirə ehtiyacı olan Mərkəzi xəstəxana təmir edilib,müasir tibbi-texnoloji avadanlıqlarla təmin olunub.Burada çalışan tibb işçiləri öz peşəsi ilə yüzlərlə insanın qəlbinə məlhəm,dərdinə şərik olur.Həkim ömrünə bələd olan şəxs kimi demək istərdim ki,həkim –tibb işçisi üçün zaman –vaxt ölçüsü mahiyyət daşımır .Onlara günün istənilən vədəsində müraciət etməklə dərdimizi izhar edir,şəfalı əllərindən yardım alırıq.
Artıq bir neçə aydır ki,gözlənilmədən meydana çıxan ağır yoluxucu xəstəlik –koronovirus pandemiyası dünyanı ağuşuna alıb.Minlərlə insan bu xəstəlikdən dünyasını dəyişib,on minlərlə xəstə hələ də bu xəstəlikdən əzab çəkir,intizarlı gözləri yol çəkir,əzizlərinə qovuşmağın həsrətindədirlər.Kim bilir, bu bəla nə vaxt yer üzündən silinəcək? Dünya miqyaslı xəstəliyə qarşı mübarizədə ən etibarlı dostumuz –həkim,tibb işçiləridir.Onlar özlərini,ailələrini düşünmədən həyatını təhlükə qarşısında qoyaraq peşə borclarını yerinə yetirirlər.
Məlumdur ki,respublikada,eləcə də bölgələrdə bir çox xəstəxanalar karantin rejimində işləyirlər.Bu xəstəxanalardan biri də rayonun Mərkəzi xəstəxanasıdır.Bizim fədəkar tibb işçilərimiz xəstələri dövlət başçısının verdiyi təlimatlara uyğun böyük qayğı və məhəbbətlə müaiyə və müalicə edirlər.Onların hər birinin adını fərdi qaydada qeyd etməyə ehtiyac yoxdur.Çünki ümumilikdə onlar həkim adını-şərəfini təmsil edənlərdir.
Dövlət başçısı İlham Əliyevin sərəncamına əsasən Nazirlər Kabineti yanında Operativ qərargahın tələb və tövsiyələrinə tam riayət olunmasında respublikanın məsul qurumları ,eyni zamanda rayon rəhbərliyi məsuliyyət daşıyırlar.Rayon İcra Hakimiyyəti tərəfindən Mərkəzi xəstəxanada fəaliyyət göstərən tibb heyəti və orada müalicə alan xəstələr daim diqqətdə saxlanılmaqla onlara qayğı göstərilir.
“Həyatın mənası az və çox yaşamaqdan ibarət deyil.Onun əsas məqsədi bu həyatda öz yerini tutmaq,müəyyən etmək,ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”.Ümumilli lider Heydər Əliyevin fikrinə istinadən doğrudan da insan harda olursa olsun,hansı işi görməsindən asılı olmayaraq elə çalışmalıdır ki,fəaliyyətində ləyaqət hiss olunsun başqalarına örnək olsun. Zənnimizcə,həkim-tibb işçilərinin fəaliyyətinə də həmişə ehtiyac duyulub.Həkimlər həyatını onlara ümidvar olan xəstələrin yolunda şam kimi qətrə-qətrə əridirlər.Həkim ömrü şirin xatirələrlə həmişə oxunan əbədiyyət nəğməsi kimidir.
17 iyun Tibb işçilərinin peşə bayramıdır.Respublikanın ,eyni zamanda,Astaranın bütün həkim-tibb işçilərini ,o cümlədən əzizlərimi,dostlarımı bayram münasibəti ilə təbrik edir,onlara fədəkar fəaliyyətində uğurlar arzulayırıq.Qoy əyinlərinə geydikləri ağ xalatın bəyazlığında ömürləri su kimi aydın və axarlı olsun.
Peşə bayramları mübarək olsun diləyi ilə
Gülnar Əsədli . olkit”].initInner=f