TƏBİB-in tibb işçiləri üçün maarifləndirmə tədbirlərini Ramin Bayramlının təsisçisi və sədr müavini olduğu “Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri” İctimai Birliyi həyata keçirir.
Astarainfo.az  
xəbər verir ki, bu iddia “Meydan TV”də dərc olunmuş araşdırma yazıda qeyd olunub. Həmçinin bildirilir ki, sözügedən İctimai Birliyin məsul katibi, Tibb üzrə fəlsəfə doktoru, Yavər Hacısoy həm də hazırda Azərbaycanda COVİD-19-u aşkara çıxaran testlərin aparıldığı “İnci laboratoriyaları” MMC-nin qanuni təmsilçisidir. Yazıda “İnci laboratoriyaları” MMC-ə akkreditiasiya üçün müraciət etmədiyi halda TƏBİB tərəfindən test aparması üçün sifariş verildiyi də iddia olunur.
Sözügedən iddialarla bağlı TƏBİB-ə müraciət etdik. Qurumun mətbuat katibi Rəvanə Əliyeva isə Yeniavaz.com-un sorğusuna yazılı şəkildə, belə cavab verdi: “İstənilən insan məmur olmadan müəyyən işlə məşğul ola bilər”.
R. Əliyeva həmçinin, özəl klinika və laboratoriyaların koronavirus testlərinin qiymətini özlərinin müəyyənləşdirdiyini bildirdi.