Rayonda aparılan abadlıq- quruculuq işlərinin daha bir istiqaməti  yaşayış binalarının təmirinə yönəldilib.Şəhərin S.Vurğun küçəsi 9-da 5 mərtəbəli, 10-da 4 mərtəbəli, M.Araz küçəsi 5 a-da 1 mərtəbəli  binaların damı yeniləcək. S.Vurğun küçəsi 3-də  5mərtəbəli, 5-də 5 mərtəbəli , 7-də 5 mərtəbəli binaların fasadı yenilənəcək.Bu istiqamətdə təmir –bərpa işlərinin payız-qış mövsümünə yekunlaşdırılması nəzərdə tutulub.

   Rayonda Cənab prezidentin 03 iyun 2019-cu il tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşmüş rayon sakinləri üçün 36 mənzilli daha bir binanın inşası başa çatdırılmaq üzrədir.     Ölkədə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına yönələn bu layihələrin reallaşdırılması, əhalini narahat edən ən böyük sosial problemlərinin həllinə xidmət edir.

        Park-bulvarın ətrafında müasir turizm infrastrukturları – mehmanxana və hotellər tikmək, idman-əyləncə  obyektləri yaratmaq, çoxmərtəbəli ictimai yaşayış binaları, iaşə obyektləri inşa etməklə yeni iş yerlərinin açılması üçün  tədbirlər planlaşdırılır.Bundan əlavə burada yeni avto dayanacaqlar və səkilər salınıb,kohnə oturacaqlar yeniləri ilə əvəz edilib.

Tikinti-quruculuq işlərinin özəl sektorda aparılması üçün də sahibkarlar və iş adamlarına hər cür imkan yaradılıb. Şəhərin mərkəzində tikilib istifadəyə verilən 9 mərtəbəli ictimai yaşayış binası, park-bulvar kompleksinə yaxın ərazidə tikilən kotteclər, hazırda burada inşa edilən dörd ulduzlu hotel, ayrı-ayrı ərazilərdə salınan turizm istirahət yerləri, onlarla müasir tipli ticarət evləri və digər tikililər dediyimizə sübutdur.

 Hazırda   AAAF-İnşaat MMC şəhərin park bulvarla üzbəuz ərazisində 20 bina tikir.Bu binalar iki  mərtəbəli ,bir tipli və 8 otaqdan ibarət yaşayış evləri olacaq.

Əfsun Ələskərli