Suriyanın İdlib şəhərində Türkiyə və Rusiya əsgərlərinə qarşı bombalı hücum olub.
Astarainfo.az
 “Cumhuriyet”ə istinadla xəbər verir ki, İdlibdə Türkiyə və Rusiya hərbçiləri ortaq patrul xidməti yerinə yetirərkən həmin yerdə bomba yüklənmiş avtomobil partladılıb. Hadisə nəticəsində 3 rus əsgəri yaralanıb. Partlayış səbəbilə Rusiyaya aid hərbi texnika yararsız hala düşüb. Türkiyə əsgərləri içərisində isə ölən və ya yaralanan olmayıb.
Hadisə anının görüntülərini təqdim edirik: