Qlobal Azərbaycanlı Alimlər Birliyi – Global Azerbaijani Scholars Association (GASA) beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Yeniavaz.com xəbər verir ki, Change.org petisiya saytı ilə dəstək verilə bilən müraciətdə iyulun 12-dən Azərbaycan – Ermənistan sərhədinin Tovuz istiqamətində baş verənlər və Ermənistan qoşunlarının atəşkəsi pozması nəticəsində ordumuzun verdiyi itkilərə diqqət çəkilir. Dağlıq Qarabağ münaqişəsi və erməni işğalı haqqında məlumatların yer aldığı müraciət, beynəlxalq təşkilatları, o cümlədən BMT və ATƏT erməni təcavüzünə reaksiya verməyə çağrılır.
Bu linkdən müraciətə qoşulmaq mümkündür: http://chng.it/qHkQzz6bdT