Türkiyəyə məxsus kəşfiyyat təyyarəsinin Artos dağının 2200 metr hündürlüyündə dağa çırpılaraq qəzaya düşdüyü bildirilib.
Astarainfo.az
 “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu hadisəni təsdiqləyib.
Nazir həmçinin bildirib ki, qəzaya uğrayan təyyarə bazar ertəsindən etibarən Van və Hakkaridə kəşfiyyat və nəzarət xarakterli uçuşlar edib.
Təyyarənin göyərtəsində 2-si pilot olmaqla 7 nəfər şəhid olub.