ABŞ-da yaşayan azərbaycanlılar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyayı keçirib.
Astarainfo.az “İHA”ya istinadən xəbər verir ki, aksiyada, nümayişçilər Ermənistan ordusunun Tovuz rayonuna hücumuna etirazını bildirib. Vaşinqton və qonşu ştatlarda yaşayan 100-dən çox Azərbaycan və türk vətəndaşı etiraz aksiyasında iştirak edib.
Bundan sonra nümayiş Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında davam etdiriblər. Onlar Türkiyə hakimiyyətinin Azərbaycana göstərdiyi dəstək üçün təşəkkür edərək, Vanda kəşfiyyat və nəzarət xarakterli reyd keçirərkən qəzaya düşmüş təyyarədə şəhid olan türk əsgərləri üçün də başsağlığı veriblər.
Aksiya iştirakçıları səfirlik qarşısında “Azərbaycan-Türkiyə”, “Yaşasın Azərbaycan!”, “Yaşasın Türkiyə!” şüarlarını səsləndiriblər.
Xatırladaq ki, 12 iyulda Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonuna hücumu edib. Təxribat nəticəsində biri general, biri polkovnik, ikisi gizir olmaqla, ümumilikdə Azərbaycan ordusu 12 şəhid verib.