Rusiyanın Müdafiə Nazirliyi prezident Vladimir Putinin göstərişi ilə orduda hərbi təlimlərin başlayacağını açıqlayıb.
Astarainfo.az “ria.ru”ya istinadla xəbər verir ki, təlim qərarı, ordunun təhlükəsizliyi təmin etmək və “Qafqaz 2020” təlimlərinə hazırlıq səviyyəsini qiymətləndirmək üçün verilib. Təlimdə Rusiya ordusunun Cənub və Qərb Hərbi Dairələri iştirak edəcək. Rusiyanın Müdafiə naziri Sergey Şoyqu təlimdə 149 mindən çox hərbçinin, 26 mindən çox silah və hərbi texnikanın iştirak edəcəyini açıqlayıb.
Astarainfo.az