ABŞ Hərbi Hava Qüvvələri Türkiyə üçün nəzərdə tutulan 8 ədəd F-35A qırıcı təyyarəsini “Lockheed Martin” korporasiyasından 862 milyon dollara alacaq.
Astarainfo.az-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, “Lockheed Martin”in Türkiyə üçün istehsal etdiyi səkkiz ədəd F-35 qırıcı təyyarəsinin ABŞ Hərbi Hava Qüvvələri tərəfindən 862 milyon dollara alınması korporasiya ilə daha əvvəl imzalanmış müqavilənin modifikasiyası çərçivəsində həyata keçirilir.
Qeyd edilir ki, bu razılaşma çərçivəsində HHQ korporasiyadan əlavə 6 ədəd F-35A qırıcı təyyarəsi alır. Bundan əlavə, Pentaqonda bildiriblər ki, müqavilənin modifikasiyası çərçivəsində “Lockheed Martin” təyyarələrdə ABŞ HHQ tərəfindən tələb edilən dəyişikliklər edəcək.
Xatırladaq ki, Türkiyə “Lockheed Martin” korporasiyasından 100 ədəd F-35A qırıcı təyyarəsi almağı planlaşdırırdı. Lakin Ankaranın Moskvadan S-400 zenit-raket sistemlərini almasından sonra Vaşinqton Türkiyəyə qırıcı təyyarələri satmaqdan imtina edib.
Astarainfo.az