“Peace, Security and Justice” Youth Campain

12 iyul 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin bölmələri  Azərbaycanın Tovuz rayonunun Ağdamlı kəndində yerləşən bölmələrimizə qarşı hücumə keçmişlər. Azərbaycan ordusunun ayıq-sayqlığı və yüksək peşəkarlığı sayəsində Ermənistan silahlı bölmələrinə layiq cavab verilmiş, düşmənin coxlu sayda hərbi texnika və sursatı, eyni zamanda canlı qüvvəsi məhf edilmişdir.

Ermənsitan bu addımı ilə beynəlxalq hüquq norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətanmələrini ayaq altına atır, təhqir edir və beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışqlar yolu ilə həllinə məsul olan quruma total hörmətsizlik nümayiş edirir. Ermənsitan bu addımı həm də işğalçı ölkə olduğunun bir daha sübutdur.

Azərbaycan Respublikasının I Vitse-prezidenti Meriban xanım Əliyeva 20 iyul 2020-ci il müraciətində “Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında.” aparılmalı olduğunu bildirmişdir.

Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə həyata keçirdiyi “Heydər Əliyev siyasi məktəbini öyrənirik – 2020” Gənc Liderlər Proqramının iştirakçıları bu çağrışa öz əməli fəaliyyəti ilə cavab olaraq düşmənin yalan və iftiralarının qarşının alınması, Azərbaycanın haqq səsinin bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnalogiyaları Gənclər İctimai Birliyi ilə birgə 2020-ci ilin iyulun 23-dən Sülh, Təhlükəsizlik və Ədalət!” Gənclər Kampaniyasına start verir.

Məqsəd: Ermənistanın Azərbaycana hərbi təcavüzü və etnik təmizləmə siyasətinə dair tarixi və hüquqi sənədələri, Qarabağın mədəniyyəti, İrəvan xanlığı, soyqırım və deportasiya, erməni terroru və ermənilərin Qarabağa köçürülməsi və s. faktları BMT-nin üzvü olan ölkələrin dövlət və hökumət başçıları, parlament, xarici işlər nazirlikləri və beynəlxalq təşkilatların sosial media hesablarında kütləvi şəkildə məlumatların yerləşdirilməsidir.  

Bununla əlaqədar gənclər kampaniyada fəal iştiraka dəvət edilir. Bunun üçün facebook və twitter hesablarından paylaşmaq üçün Azərbaycan, türk, ingilis, fransız və rus dillərində hazırlanmış məlumat bazasında istifadə etməklə və paylaşılması nəzərdə tutulub.

Kampaniyaya qoşulmaq istəyən gənclər bu linkə keçid alaraq hazırlanmış məlumat bazasından istifadə edə bilərlər: https://bit.ly/2WJtt5B

XÜSUSİ QEYD:

Paylaşılmalar zamanı Müdafiə Nazirliyinin tövsiyəsinə əsasən aşağıdakı məlumatların paylaşılmaması xahiş olunur:

1. Azərbaycan hərbi sistemində olan zabitlərin hansı rayona və nə məqsədlə gəlməsini yazmayın.

2. Sərhəd bölgəsində olan strateji yerlərdə texnika və yaxud hərbi hissələrin yanında fotolar çəkib paylaşmayın.

3. Cəbhə bölgəsinə gətirilən hərbi texnika və silahlı qüvvələr barədə heç bir informasiya paylaşmayın.

4. Döyüşlər zamanı telefon və yaxud digər texnika ilə çəkdiyiniz videoları sosial şəbəkələrdə  paylaşmayın.

5. Azərbaycanın hava qüvvələrinin hansı istiqamətdə uçun aparmalarını paylaşmayın.

6. Şəhid və yaralılar barədə dəqiq olmayan inormasiyanı yaymayın.

Kampaniyanın həştəqləri:

#Karabakh, #StopArmenianAgression #KarabakhisAzerbaijan, #Nkpeace, #KarabakhNow