Azərbaycanda daha bir həkim COVID-19-un qurbanı olub.  

Astarainfo.az  xəbər verir ki, bu barədə onun tanışları məlumat verib.

Onların sözlərinə görə, 7 saylı Doğum evində cərrah mama-ginekoloq kimi çalışmış Valiyə Peykər COVID-19-dan dünyasını dəyişib.

Qeyd edək ki, o, bir neçə gün əvvəl koronavirusa yoluxmuşdu. Bütün səylərə baxmayaraq Valiyə Peykərin həyatını xilas etmək mümkün olmayıb.

Bununla da Azərbaycanda koronavirusdan ölən həkimlərin sayı 25 nəfərə çatıb.

***

Mətbuatda və sosial şəbəkələrdə koronavirusdan vəfat edən cərrah mama-ginekoloq kimi çalışmış Valiyə Peykərin “German” hospitalda işləməsi ilə bağlı məlumat yayılmışdı. 
“German” hospitaldan Yeniavaz.com-a verilən məlumata görə, V.Peykər “German” hospitalda 2019-cu ildə bir neçə keysəriyyə əməliyyatı icra edib: “Valiyə Peykər “German” hospitalda işləmirdi. Yanlışlıqda bizim – “German” hospitalın adı çəkilib. Biz özəl klinikayıq, bizdə hər həkim müqavilə ilə əməliyyat edə bilər”.