Astara rayon Veteranlar təşkilatının sədri, istefada olan polis polkovnik-leytenantı Rafiq Əliyevdən aldığımız məlumata əsasən Azərbaycan respublikası bütün müharibə ,əmək və silahlı qüvvələr veteranları təşkilatı tərəfindən Qurban bayramı münasibətilə respublikada olan bütün Böyük Vətən müharibəsi iştirakçılarına ,o cümlədən Astarada yaşayan 6 nəfər müharibə veteranı – Qulam Baxşıyev, Cəbrayıl Nehmətov, Abdulla Qasımov, Hidayət Əliyev , İzzət Nəhmətov və Əli Əzizova bayram sovqatı ilə yanaşı təşkilatın sədrinin imzası ilə təbrik məktubu yaşadıqları ünvanlarda çatdırılıb.
Qurban bayramı münasibətilə müharibə veteranlarına çatdırılan sovqat və təbrik onların böyük sevincinə səbəb olub.
Onlar bu xeyirxahlığa, diqqət və qayğıya görə təşkilatın rəhbərliyinə dərin minnətdarlıqlarını səmimi sözlərlə ifadə ediblər.
Astarainfo.az