Minnətdarlıq məktubu
Kənd sakinlərinin sevinci
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Astaranın inkişafından,onun daha da gözəlləşməsindən ötrü bir çox işlər görmüşdür.Xüsusilə dağ kəndlərinə gedən yoların abadlaşdırılması, asfaltlaşdırılması əhalinin böyük sevincinə səbə olub.
Bu yaxınlarda rayon rəhbərliyinin təşəbbüsü ilə Astaranın mərkəzindən 48 km uzaqda yerləşən “Şeyx Nəsrullah “ziyarətgahına gedən yolun hamarıaşdırılması həm ziyarətə gedənlərə ,həm də bu ərazidə yaşayan insanlara xoş təsir bağışlayıb.
Pəlikeş ərazisində yerləşən “Şeyx Nəsrullah” ziyarətgahına gedən yolun 15 km-I sıldırımlı qayalıq olduğundan ziyarətə gələnlər çox əziyyət çəkirdilər. Bu gün isə bu ziyarətgaha rahatlıqla gedib- gələn hər bir insan Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə öz dərin təşəkkürünü bildirir.
Onu da xatırladaq ki, ziyarətgaha tək yerli sakinlər deyil ,qonşu kəndlərdən də gələnlər olur.
Pəlikəş kənd sakinləri