Bu gün Astara -nın rayon kimi təşkil olunmasından 90il ötür. Astara rayonu Azərbaycan Respublikasının cənubunda İran İslam Respublikası ilə sərhəddə yerləşir. Şərqində mavi gözlü Xəzər dənizi, qərbində isə polad əzəmətli Talış sıra dağları yerləşir.
Astarainfo.az xəbər verir ki rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir, 1963-cü ildə ləğv edilib, Lənkəran rayonuna birləşdirilmiş, 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur.
İqtisadi rayon: Lənkəran-AstaraƏrazisi: 616.4 km²
Əhalisi: 108 min 634 nəfər (01.01.2019).
Əhali sıxlığı: 176 (2019) nəfər/km²
Telefon kodu: 994 25
Nəqliyyat vas. kodu: 07
Yaşayış məntəqələrinin sayı: 92
Poçt kodu: AZ 0700
Rayonda 8 məktəbəqədər uşaq müəssisəsi, 62 kitabxana, 28 klub, 5 mədəniyyət evi, 25 kinoqurğu biri rus dilli olmaqla 63 məktəb fəaliyyət göstərir, 62 məktəbdə 1-ci sinifdən 4-cü sinfə qədər həftədə 2 saat talış dili dərsləri keçirilir.AzStat-ın 2013-cü ilə olan məlumatına əsasən rayon ərazisində 1 şəhər, 2 qəsəbə və 89 kənd olmaqla 92 yaşayış məntəqəsi yerləşir.Onlar 1 şəhər, 2 qəsəbə (Ərçivan və Kijəbə) və 12 kənd izibati ərazi dairəsi olmaqla 15 inzibati ərazi dairəsinə daxildirlər.
Şəkildə şəhərimizin bir hissəsi və Astara Dənizkənarı AAAF Park Bulvarı əks olunmuşdur.