Livan Prezidenti Mişel Aun Baş nazir Həsən Diabın və onun rəhbərlik etdiyi hökumətin istefasını qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin məlumatında bildirilir.
“Baş nazir Həsən Diab istefa ərizəsini prezidentə təqdim edib. Mişel Aun onu qəbul edib və yeni hökumət qurulana qədər vəzifələrin icrasını Nazirlər Kabinetinə tapşırıb”, – deyə məlumatda qeyd olunur.
Söhbət əsnasında Aun və Diab Beyrut dəniz limanında baş vermiş partlayışdan sonra Livandakı son hadisələri də müzakirə ediblər. Dövlət başçısı görülən işlərə görə istefada olan hökumət üzvlərinə təşəkkürünü çatdırıb.
Astarainfo.az