Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası İrana qarşı tətbiq edilən silah embarqosunun davam edib-etməyəcəyinə dair yekun qərarı açıqlayıb.
Astarainfo.az “TASS”a istinadla xəbər verir ki, səsvermədə ABŞ və Dominikan Respublikası qətnamənin lehinə, Rusiya və Çin isə əleyhinə səs verdi, 11 ölkə isə bitərəf qalıb. Nəticədə, lazım olan 9 səs toplanmadığı üçün İrana qarşı silah embarqosunun uzadılmasına dair təklif qəbul edilməyib.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani BMT-də böyük qələbə qazandıqlarını bildirib.
Qeyd edək ki, İrana qarşı 13 ildir davam edən silah embarqosunun tətbiqinə dair saziş oktyabr ayında başa çatacaq. Mayk Pompeo son çıxışlarından birində bildirmişdi ki, İrana qarşı silah embarqosu oktyabrda başa çatsa, onlar Rusiyaya məxsus Su-30 və Çinin J-10 kimi yeni qırıcı təyyarələrini ala biləcək.
Pompeo Təhlükəsizlik Şurasında sənədin qəbul edilməməsində baxmayaraq, ABŞ-ın silah embarqosunu birtərəfli qaydada uzatmağa çalışacağını bildirib.