Bu ilin birinci yarısında Astara rayonunda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 9944,3 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çox sənaye məhsulu istehsal edilib.
Bu barədə Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov məlumat verib.
Bildirilib ki, sənaye məhsulunun 24,9 faizi emal sektorunda, 74,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Bu ilin yanvar-iyun aylarında emal sektorunda 2473,6 min manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Emal sektorunda qida məhsullarının istehsalında 0,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında 46,6 faiz, sair sənaye məhsullarının istehsalında 22,6 faiz artım, tikinti materiallarının istehsalında isə 42,2 faiz azalma müşahidə olunub.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda altı ay ərzində 7399,3 min manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilib, ötən müvafiq dövrü ilə müqayisədə 15 faizlik artım qeydə alınıb.
Bu dövrdə rayonda 126,7 milyon kilovatsaat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz çox elektrik enerjisi istehsal olunub.
Altı ayda rayonda su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 71,4 min manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 73,8 faiz artım deməkdir.(AzətTAC)