Astara Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” mövzusunda onlayn tədbir keçirilib.
Onlayn tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Onlayn tədbirdə çıxış edən idarənin gənclərlə iş üzrə nümayəndəsi Abbas İbrahimli Azərbaycan Respublikasının Cəbrayıl və Füzuli rayonlarının 1993-cü il avqustun 23-də erməni hərbçiləri tərəfindən işğal edilməsi və törətdikləri vəhşiliklər barədə danışıb. Diqqətə çatdırılıb ki, işğal nəticəsində hər iki rayon talan olunub, bir çox tarixi abidələr məhv edilib.
Könüllü gənclərdən Mirtalıb Məmmədli, Jalə Fəttayeva, Xəzər Məmmədov, Aytac Babayeva, Kamran Muradov çıxış ediblər. Bildirilib ki, gənclər Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir və onun ətrafında sıx birləşiblər. Ali Baş Komandanın əmri ilə gənclərimiz hər an silaha sarılıb, döyüşə getməyə hazırdırlar.
Sonra şəhidlərin xatirəsinə həsr edilmiş könüllü gənclər üçün onlayn formada “Kitab bilik mənbəyidir” klubunun açılışı olub.(AzərTAC)
Astarainfo.az