Jurnalistin yol qeydləri

Gördüklərimdən,eşitdiklərimdən…

Əsrarəngiz dağ kəndlərinin enişli-yoxuşlu, dərəli-təpəli yovşanlı güllü-çiçəkli yollarını keçəndə maraq hissi ilə qalalara qalxanda qorxu hissi yaşasam da hər şeyi görməyə can atıram. Çünki ölməz şairimiz Səməd Vurğunun təbirincə desək “Hər saxsı parçası, hər məzar daşı nəsildən-nəsilə bir yadigardır”.

Bu dəfə haqqında çox eşitdiyim “Bi” yaylağında olduq. “Biyə” “Bi” toponomik mənası “Soyuq yer” deməkdir. Tarixçinin ehtimalına görə isə “Bi” əsrlər öncə burada yaşamış hansısa tayfanın adı ilə bağlıdır. Çünki burada qədim şəhərin olmasına dair nişanələr vardır.

Əfsanəvi yaylaq 60 hektarlıq düzənlikdir. Tunc dövründən qalma kurqanlar mamır basmış qəbirlər iki, üç, dörd pilləli yonma baş daşları, “Padşah qızının hovuzu”, “Padşah hovuzu” “Haftçəşmə” bulaqları ötən əsrlərin nişanələridir. Əvvəllər yaylaq yerli sakinlərin əkin sahəsi olub. Hazırda həm, otlaq həm də heyvanların örüş yeri kimi istifadə edilir. Əlbəttə, bum-buz bulaqlar başında istirahət edənlər də olur. Yaylağın “Otəşəsğonəband” hissəsindən Şindan qalası, Lerikin, rayonumuzun bir çox kəndlərini seyr etmək necədə maraqlıdır.

Əsrləri adlayıb keçən təpəlikdə olan kurqanların üstündə daşlar yığılıb, nişangah qoyulub. Beləliklə, bu qədim yerin tarixi nəsildən-nəsilə yaşadılır. Minillərin nişanəsi olan daşların özü də bir canlı “eksponatdır”. 1957-ci ildə Azərkinofilm studiyasının istehsalı olan “Qızmar günəş altında” filmin bəzi epizodları “Bi” yaylağının yaxınlığında çəkilib.

Gülnar Əsədli