Astara Rayon Gənclər və İdman İdarəsi, Astara Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Torpaq uğrunda ölən varsa, Vətəndir!” mövzusunda onlayn tədbir keçirilib.
Astarainfo.az xəbər verir ki, onlayn tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Videokonfransda Astara Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının sədr müavini Mirtalıb Məmmədli, könüllü gənclərdən Nurlan Rzazadə, Jalə Fəttayeva, Həmidə Abidzadə, Mingəçevir Gənclər Evinin metodisti Rəşad Ələskərli, Mingəçevir Gənclər Evinin könüllüsü Nuranə Babayeva mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Vətən sevgisi ən uca sevgidir. Vətən üçün döyüşmək də Vətən sevgisinin bir təzahürüdür.
Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı tezliklə azad etmək iqtidarındadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü yenidən bərpa olunacaq, zəbt olunmuş bütün torpaqlar işğalçılardan azad ediləcək, üçrəngli bayrağımız işğal edilmiş ərazilərimizdə dalğalanacaq. O gün çox da uzaqda deyil…