Türkiyə bir müddət əvvəl açılan toy, xına və bənzəri mərasimlərin keçirilməsi yenidən məhdudlaşdırılır.
Astarainfo.az
 “DHA”ya istinadla xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi 4 sentyabr cümə günü etibarilə ölkə daxilində koronavirus pandemiyasının artması səbəbilə kənd toyları, nişan, xına kimi insanların toplandığı kütləvi tədbirlər yenidən qadağan edilir. Yeni qaydaya əsasən toylar 1 saat içərisində tamamlanmalıdır. Bununla yanaşı bəy və gəlinin birinci və ikinci dərəcəli qohumu olmayan 65 yaşdan yuxarı vətəndaşların və 15 yaşdan kiçik uşaqların toylarda iştirakı qadağan edilir.