Rusiya Federasiyasının səkkiz qırıcısı Qara dəniz üzərində ABŞ-ın üç strateji bombardmançı təyyarəsini yaxalayıb.
Astarainfo.az -ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Rusiyanın Milli Müdafiə İdarəetmə Mərkəzindən məlumat verilib.
Qeyd edilir ki, ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus V-52-N bombardmançı təyyarələri Qara dənizdə Rusiya sərhədlərinə yaxınlaşıb. Onları ələ keçirmək üçün Rusiya Müdafiə Nazirliyinin SU-27 və SU-30 qırıcıları səmaya qaldırılıb.