Azərbaycanda çayçılıq ənənəsi ötən əsrin əvvəllərindən etibarən yaranmağa başlayıb.
1912-ci ildə çay bitkisinin Lənkərana gətirilərək əkilməsindən sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb. Bununla da, çay həyatımızın ayrılmaz bir hissəsinə çevrilib.
Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” ölkəmizdə çayçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, çay istehsalına marağın artırılmasına yönəldililib. Bununla da, çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi üçün bütün zəruri addımlar atılır.
Azərsun Holdinqin digər sahələrdə olduğu kimi çayçılığın inkişafında da xidmətləri böyükdür. Azərbaycan müstəqillik qazandıqdan sonra holdinq 1996-cı ildə “Sun Tea” çay fabriki istismara verib.
Şirkətlər qrupunun ilk investisiya layihəsi olan və Bakıda fəaliyyət göstərən “Sun Tea” çay fabrikinin bu gün illik istehsal həcmi 15 000 tondur. Burada müxtəlif çeşiddə qara çay, yaşıl çay, meyvəli çayların istehsalı həyata keçirilir. Bir neçə il öncə Masallıda, dəniz səviyyəsindən 800 metr yüksəklikdə 100 hektarlıq ərazini əhatə edən və müasir suvarma avadanlıqları illə təchiz edilmiş çay plantasiyası da salınıb.
Çayçılığın inkişaf etdirilməsi, həm də regionlarda kənd təssərrüfatının inkişafına, torpaq sahələrinin yenidən istifadəsinə, insanları yenidən bu sahəyə cəlb edərək maddi imkanlarının yaxşılaşdırılmasına və minlərlə iş yerlərinin açılmasına şərait yaradıb. Ölkə başçısı tərəfindən imzalanmış “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq Şirkətlər Qrupu bölgələrdə yeni çay sahələri salıb, müasir suvarmalarla təmin edib. Bundan əlavə, Lənkəran və Astarada fabriklərin fəaliyyət göstərməsini təmin edən “Azərsun Holdinq”, çay əkinçiliyi ilə məşğul olan fermerlərdən çayı yüksək qiymətə satın alaraq onların fəaliyyətinə öz dəstəyini verib. Ümumilikdə 4 min insanın məşğulluğunun təmin edilməsi ilə yetişdirilən çay bitkisi fabriklər tərəfindən təhvil alınır ki, nəticədə insanların sosial-rifah halının yüksəldilməsinə mühim dəstək verilir. İnsanların əsas gəlir mənbəyi sayılan çayçılığın inkişafı onlar üçün əlavə motivasiya qaynağı olaraq qalır. Çünki, illərlə çalışdıqları, əmək verdikləri bu sahədə göstərilən qayğı onların gələcəyə nikbin addımlarla irəliləyəcəylərinin bariz göstəricisidir.
Azərbaycanda ərzaq təhlükəsizliyinin əsas təminatçılarından olan “Azərsun Holdinq” çayçılıqda da bu vəzifəni layiqincə davam etdirməkdədir. “Azərsun Holdinq”in Müşahidə Şürasının sədri Abdolbari Goozalın “Keyfiyyət bizim adımızdır” yanaşması ilə illərdir şirkətin liderlik etdiyi qida sənayesində alıcı məmnunluğuna nail olunub.
Ölkəmizin ən seçilmiş keyfiyyətli çay yarpaqlarını emal edərək yerli bazarla yanaşı dünya bazarına da təqdim edən “Azərsun Holdinq” Azərbaycan çayının şöhrətini bütün dünyaya yayır. Şirkətlər Qrupu “Made in Azerbaijan” yazısını üzərində daşıyan çay məhsullarını beynəlxalq sərgilərdə nümayiş etdirir və Azərbaycanın çayının dünyada tanıdılması ilə qürur duyur.
Qeyd edək ki, ölkəmizdə çayçılığın inkişafına mühüm töhfələr verən “Azərsun Holdinq”ə məxsus çay fabrikləri tərəfindən bu il yetişdirilən məhsulun növbəti –
3-cü yığımına başlanılıb. Mütəxəssislər tərəfindən mövsüm ərzində keyfiyyətli məhsul toplanması üçün bütün lazımı aqrotexniki qulluq göstərilib. Növbəti məhsul yığımı isə sentyabrın sonlarına planlaşdırılır. Bu ilinə sonunda isə sahələrdə aparılacaq işlər nəticəsində gələn il məhsuldarlığın daha da artırılması nəzərdə tutulub.
Astarainfo.az