Beyrutda 4 avqustda baş vermiş şiddətli partlayışdan sonra daha 143 partlayıcı yüklü konteyner tapılıb.
Astarainfo.az “İHA” ya istinadən xəbər verir ki, Livan ordusunun rəsmisi Rocer Xuri, ordunun mühəndis və texniki xidmət qrupları tərəfindən Beyrutda partlayıcı ilə dolu xeyli konteyner aşkarlandığını bildirib. Xurinin sözlərinə görə, konteynerlər 15 ildən çoxdur saxlanılır.
Ötən həftə limanın 9 nömrəli giriş qapısı yaxınlığında tapılmış bir konteynerdə 4 ton 350 kilogram amonium nitrat turşusu tapılaraq, boş bir ərazidə məhv edilib.
Xatırladaq ki, Beyrut limanında 4 avqustda tarixində baş vermiş şiddətli partlayış nəticəsində 190-dan çox insan həyatını itirib. 6500-dən çox insan yaralanıb. Limana külli miqdarda ziyan dəyib.