Bütün dünyada məktəblərin açılması üçün COVID-19-a qarşı müxtəlif üsullara əl atılıb.
Astarainfo.az
 “Sözcü” yə istinadən xəbər verir ki, məktəblərdə təlim-tədris prosesi əvvəlcədən başlayan ölkələrdən olan ABŞ-da hər gün girişdə uşaqların hərarəti ölçülür. ABŞ-ın 50 ştatının 8-də şagirdlər onlayn təhsil alır. Bəzi ştatlarda partalar arasında 1.5 metr məsafə qoyulması məcburidir. Uşaqlar yeməkxanalara kiçik qruplar halında daxil ola bilir.
Çində məktəblilər üçün ictimai nəqliyyatdan istifadəyə qadağa qoyulub. Pekində dərslər 29 avqustdan etibarən başlayıb. Koronavirusun yarandığı iddia edilən Uhanda isə dərslər, 1 sentyabrdan etibarən başlanıb. Burada dərslərin başlaması üçün qərarı hər şəhərin səlahiyyətli şəxsləri verir. Uşaqlar mütləq şəkildə maskalardan istifadə etməlidir.
İspaniyada məktəblərdə şagirdlərdən gündə 5 dəfə əl yumaq tələb olunur.
İbtidai və daha yuxarı yaş qrupları üzrə dərslər mərhələli şəkildə açılır. 6 yaşdan yuxarı uşaqların maska taxması şərtdir. Sinifdə partalar arasında məsafə saxlanması mümkün olmayan məktəblərdə şagirdlər dərslərə qruplar halında gedir. Hər səhər şagirdlərin hərarəti ölçülür.
Almaniyada şagirdlər avqustdan etibarən dərslərə gedir. Orta məktəb şagirdlərinə və müəllimlərə dərslərdə və məktəb xaricində maska taxmaq məcburidir.
Siniflər fasilələr zamanı yaş qruplarına görə məktəbin ayrı-ayrı sahələrinə yönəldilir. Siniflərin qapı-pəncərələri mümkün qədər açıq saxlanılır. Onlayn dərslər isə sadəcə xüsusi hallarda həyata keçirilir.
İngiltərədə bu həftədən etibarən bütün yaş qrupları üzrə dərslər başlayıb. Siniflər qrup şəklində dərslərə girir. Siniflərin bölünməsi mümkün olmadığı halda “klaster” şəklində oturmaları tələb olunur. Siniflər tənəffüsə fərqli vaxtlarda çıxarılır. İbtidai siniflər xaric digər şagirdlərin maska taxması zəruridir.
Serbiyada məktəblər bu həftədən etibarən açılıb. Dərslərin müddəti 30 dəqiqəyə endirilib. Siniflərdə ən çox 15 nəfər olur. Şagirdlərin maska taxması tələb olunur. Bundan başqa açıq havada uşaqlar üçün yay sinifləri təşkil olunur. Bu ölkədə məktəb gəzintilər təşkil olunmayacaq. Təhsil Nazirliyi 15 gündən bir vəziyyətlə maraqlanacaq.
Fransada dərslər yarı gün evdə, yarı gün məktəbdə təşkil oluanacaq. 11 yaşdan yuxarı bütün uşaqlar qapalı məkanlarda maska taxmaq məcburiyyətindədir. Siniflər davamlı olaraq havalandırılır və dezinfeksiya olunur. Siniflər yaş qruplarına görə bir-birinə qarışdırılmır. İbtidai siniflər dərslərdə 8-15 nəfər şəkilində qruplara ayrılırlar.
İranda təxminən 6 aydan sonra məktəblər şənbə günü fəaliyyətə başlayıb. Məktəblərdə hər hansı bir məcburiyyət qoyulmayıb. Tehranın xaricindəki digər məktəblərdə qadağaların olmaması və ya zəifliyi insanlarda narahatlıq yaradıb. Bundan sonra Təhsil naziri Möhsün Hacı Mirzai uşaqların məktəbə getməsinin məcburi olmadığını açıqlayıb.
Polşada məktəblərə getməyənlərə pul cəzası qoyulur. Dərslər sentyabrın 1-dən başlayıb. Maska taxmaq məcburi deyil. Məktəb daxilində qadağaların qoyulub-qoyulmaması məktəb rəhbərliyinin ixtiyarına verilib. Xüsusilə paytaxt Varşava kimi qələbəlik yerlərdə sosial məsafənin hansı formada qorunacağı bəlli deyil.