Astara rayon Gənclər və İdman İdarəsinin,Astara Heydər Əliyev Mərkəzinin,”Sosial İş Sosial Media” Platformasının və Loqos Psixoloji Nitq İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə “Niyə könüllü oluruq, Könüllülük nədir” mövzusunda Zoom platformasında onlayn videotəlim keçirilib.

Tədbirdə Heydər Əliyev Mərkəzinin rəhbəri Kübra Səmədova,mərkəzin bələdçisi Cəmalə Hacızadə və Elnarə Rzayeva çıxış edərək AR Prezidentinin 30 dekabr 2019-cu il sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi, Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı haqqında məlumatlar veriblər. Qeyd olunub ki, gənclərin könüllülük fəaliyyətinə təşviq edilməsi, regionda gənclərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Rayon Gənclər İdman İdarəsi rayonun və respublikanın əlaqədar təşkilatları ilə birgə müxtəlif mövzuları əhatə edən könüllülərin iştirakı ilə 10-dan artığ tədbir həyata keçirmişdir.Bu il həmdə Rayon Gənclər və İdman İdarəsinin rəhbərinin təşəbbüsü ilə könüllülər ilə rəsmi müqavilələr imzalanır və qarşılığlı razılığla tədbirlər həyata keçirilmişdir.

Daha sonra təlimi geniş şəkildə materialların təqdimatı ilə təlimçi, Loqos Psixoloji Nitq İnkişafı Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Leyla Rəhimova davam etdirmiş və təlim iştirakçılarının suallarını cavablandırıb.

Yekunda təlim iştirakçılarına onlayn formada seftikartlar təqdim edilib.

Astarainfo.az