Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İngiltərənin Baş naziri Boris Conson arasında telefon danışığı olub.
Astarainfo.az xəbər verir ki, məlumat Türkiyənin Rabitə Nazirliyinin saytında yerləşdirilib. Telefon danışığı zamanı Türkiyə ilə İngiltərə arasındakı əlaqələrinin daha da gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Telefon danışıqları zamanı Azərbaycanın Dağlıq Qarabağ məsələsi daxil olmaqla, bir sıra regional məsələlər müzakirə olunub.
Telefon danışığı əsnasında, Ermənistanın Azərbaycana qarşı hücumları nəticəsində başlayan qarşıdurmalara toxunan Prezident Ərdoğan, bölgənin dincliyi və sabitliyi üçün Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilərdən çəkilməli olduğunu vurğulayıb.