“İndi riyaziyyat kimi izah etməyə çalışacağam, lakin hissiyata meylli, rasionallıqdan uzaq olanlar oxusalar belə, cavab yazmasınlar. Mətn tamamıylə praqmatik və soyuq baş üçün yazılıb. Həm də qeyri-peşəkarların qeyri peşəkar kommentləri mənim vaxtımı alır, həm də narahat edir.
Bunu politoloq Rövşən İbrahimov dünən Rusiya tərəfinin təşəbbüsü ilə Moskva keçirilən Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərin görüşünün nəticələri barədə şərh edərkən bildirib.
“Sual: Nə vaxtdan bəri hamı beynəlxalq müqavilələrin mətn üzrə mütəxəssisi olduq? Hamı orda bir şey görür.
Bunu razılaşdırmaq üçün, 8 saat iş getdi, bir sənəd çıxmalıydı, bu aydın məsələdir.
Sual: Nə vaxtdan bəri keçici mətnlər Quran hökmündə oldu?
Kim dedi ki, həmin mətnlər tərtiblənsə (ki, bizim mətndə heçnə yoxdur), artıq buna riayət etməliyik. Məgər, bu əməliyyatı başlamaqla bir öncəki atəşkəs müqaviləni heçə saymadıqmı? Ona görə, əlimizi, qolumuzu bağlayan heçnə yoxdur.
Ayrıca, müqavilə Xarici İşlər Nazirləri səviyyəsində imzalanıb, daha ciddi sənədlər dövlət başçıları səviyyəsində edilir. Putin isə bilərək özünü hələ bu işə salmayıb. Bir ara bıraxır. Həm də beynəlxalq müqavilə hökmünə gəlsəydi, onun ratifikasiyası lazımdır.
Sual: Kim dedi ki, əməliyyat hey başlayacaq, sonuna kimi eyni nəfəslə davam etməli?
Həm də kim dedi ki, atəşkəs imzalansa, əməliyyata davam olmayacaq? Niyə belə qısa baxırıq məsələlərə? Halbuki, bizim ordumuzun da istirahətə ehtiyacı var, maşın deyillər onlar, iki həftə çimməyənlər var, bir eksperiment üçün, sizdə yatmadan cimmədən, soyuq yemək yeyə-yeyə, dayanışma göstərin əsgərlərə, görək nə qədər dözürük?, yaralıları balanslı şəkildə müalicə etmək, yeni mövqelərə rahat şəkildə yerləşmək, vəziyyəti anlamaq, bu qədər sürsət istifadə etdik, yeniləmək lazımdır. Gətizdirmək, istehsal etmək.
Ölüləri cəbhədən çıxartmaq, az bir şeymi? İylənirlər onlar artıq, xəstəlik mənbəyi. Ayrıca, şəhidlərimizi normal şəkildə torpağa basdırmalıyıq.
Sual: kim dedi ki, bu müharibə ancaq Azərbaycan və Ermənistan arasındadır və beynəlxalq arenadakı həqiqətlərlə hesablaşmaq lazım deyil. Elə olsaydı, çoxdan müharibə edərdik. 2008-də Gürcüstanın cəhdi nə ilə bitdi hamıya məlumdur. Rusiya gəldi, girişdi, Qarabağın müstəqilliyini tanıdı: sonra? Deyirsiniz Türkiyə var. Birincisi, Türkiyənin min bir problemi var indi, ikincisi, Rusiya ilə baş edəcək potensialı yoxdur. Etsə belə, yıxıq vəziyyətdə çıxar belə mübarizədən, bu bizə lazımdır?
Ruh düşkünlüyü niyə var?
Çox idealistik baxırıq: bəziləri hətta deyirdi, sıra Ermənistandakı torpaqları da almaq. Xəritə çəkirdik. Ciddi olaq.
Reallıq: Azərbaycan istəyirdi ki, Ermənistan aparılan danışıqlara riayət etsin, məqsəd torpaqları azad etmək. Amma heç vaxt deyilməyib ki, Qarabağdakı ermənilər qovulacaq.
Əməliyyat nə verdi? Ermənilər danışıqlara riayət etsəydilər, indikindən biz daha azına nail olacaqdıq. İndi qolumuz, əlimiz gücləndi. Daha çoxunu tələb edəcəyik, onlar biraz gecikmələr, oyan buyan etsələr, yenidən davaya başlayacağıq.
Ən önəmlisi: Qarabağ ermənilərin qayıdacağı bir yeri yoxdur, qış başlayır, elə Ermənistanda qalacaqlar, ordan da qaçan qaçacaq. Oranı yenidən bərpa etməyə imkanları da yoxdur. Lap tutaq status verdik, onlarda artıq əvvəlki rahatlıq olmaz.
Ayrıca, Paşinyan hələ durmalı, belə axmaqla biz hər vaxt əməliyyatı bərpa edə bilərik. Əməliyyat niyə mümkün oldu? Onun səbəblərdən biri, Rusiyanın Ermənistanı cəzalandırma istəyidir. Yoxsa, elə bilirsiniz Rusiya istəyər belə tez münaqişə həll olunsun? Qarabağ, əlindəki qeosiyasi kozırdır. Bir dəfə bağlı iclasda tələbələr Rusiya səfirinə sual verdilər, Qarabağ qarşılığında nə istəyirsiniz? O da, cavab verdi: Nəyiniz var ki? Qarabağın qiyməti, Azərbaycanın müstəqilliyidir. Hazırsınız bunu ödəməyə?
Azərbaycan unikal fürsəti ən ideal şəkildə istifadə edib, əlini gücləndirib, hamını təəccübləndirib və işinə davam edir. Bu qədər tez məruz olmaq nədir?
Deyirsiniz, çatdaki idiot etmənilər sizə güləcək? Buna görə? Onda siz onlardan da idiotsunuz ki. Hissiyatla heç vaxt düşünməyin, yatsın, rasional baxın məsələlərə.
Azərbaycan Balaca dövlətdir beynəlxalq münasibətlər sistemində, amma bundan maksimum əldə edə biləcəyini çıxara bilir, məharətlə. Yaxında bu növ dövlətlər barədə kitab çap edəcəyəm, siyasətlə tanış ola bilərsiniz”, politoloq bildirib.(yeniavaz.com)