Ağ Evin rəsmi saytında ABŞ-ın Ermənistana sanksiya tətbiqi ilə bağlı petisiya açılıb.
Petisiyada Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, ərazi bütövlüyümüzə təcavüzü, Dağlıq Qarabağ və ətraf ərazilərin işğalı qeyd olunub.
İşğalçı ölkənin BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini qeydsiz-şərtsiz azad etməsi ilə bağlı qəbul edilmiş qətnamələrinə əməl etmədiyi petisiyanın mətnində yer alıb.
Vurğulanıb ki, Ermənistan Haaqa konvensiyasının qaydalarını pozaraq Xızıda, Gəncədə, Bərdədə, Tərtərdə mülki əhalini raket hücumuna məruz qoyur.
Petisiyada Ermənistana qarşı ticarət sanksiyası və hərbi embarqosunun tətbiqinə çağırılır.
Petisiyanı dəstəkləmək üçün linkə (ttps://petitions.whitehouse.gov/petition/sanction-republic-armenia-engaging-war-crimes-against-civilians-republic-azerbaijan?fbclid=IwAR01EQE4d3eeJJFfnZMW3hIkNGvCwHxCJ3OtZJX0mmSxyIXc-x49OU4R4m4) daxil olmaq, sağ tərəfdə ad (first name), soyad (last name), elektron ünvanı tələb olunan hissələrdə yazmaq və SİGN NOW düyməsini basmaqla petisiyanı imzalamaq olar.
Bundan sonra elektron ünvana göndərilən təsdiqedici linki açmaqla petisiyanı imzalama prosesi başa çatmış olur.