Bu il Astara rayonunda 204,6 hektar sahədə çəltik əkilib. İndiyədək 199,6 hektar sahədə biçin aparılıb. Sahələrdən, ümumilikdə, 822,1 ton çəltik yığılıb.
Bu barədə Astara Rayon Statistika İdarəsindən Astarainfo.az-a məlumat verilib. Bildirilib ki, rayonda çəltikçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları bu il məhsuldar “Haşimi”, “Sədri” və “Apola” növlərinə daha çox üstünlük veriblər. Sahələrdə vaxtında lazımi aqrotexniki işlər görülüb, zərərvericilərə qarşı tədbirlər aparılıb. Bütün bunlar məhsuldarlığa müsbət təsir göstərib və çəltik sahələrinin hər hektarından götürülən məhsuldarlıq 41,19 sentner olub.
Qeyd edək ki, 2019-cu ildə Astara rayonunda 237 hektar sahədə çəltik əkini aparılıb və bu sahələrdən 997 ton məhsul yığılıb.