Ermənistanın baş naziri Nikol Paşinyanın “Facebook” sosial şəbəkəsində etdiyi paylaşımı Gürcüstan vətəndaşlarının narazılığına səbəb olub.
Astarainfo.az xəbər verir ki, Nikol Paşinyan xarici ölkələrdə erməni diasporası tərəfindən təşkil olunan aksiyaların foroşəkillərini paylaşıb. Bu şəkillərin arasında Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində təşkil olunan aksiyadan da görüntü olub. Paşinyan həmin fotonun üzərinə Samtsxe-Cavaxeti deyil, yalnız “Javakhk” sözünü yazıb. Bu söz isə Gürcüstanda seperatçı ermənilərin Samtsxe-Cavaxetiya bölgəsinə verdikləri addır və Gürcüstan vətəndaşları həmin bölgəni bu adla adlandırılmasını qəbul etmirlər.
Qeyd edək ki, çoxsaylı “Facebook” istifadəçisi Nikol Paşinyanın bu paylaşımına Gürcüstan bayraqlarından ibarət rəylər yazaraq öz etirazlarını bildiriblər.