“ASAN Məktub” sosial proqramı çərçivəsində “ASAN Könüllüləri” Təşkilatı və İTSOL MMC-nin (www.itsol.az) birgə təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Astara rayonunun sərhədyanı yaşayış məntəqəsində yerləşən Qapıçıməhəllə kənd orta məktəbinə və şagirdlərə 33 ədəd “Lenovo” kompüteri təqdim edilib.
“ASAN Könüllüləri” təşkilatından AStarainfo.az-a bildirilib ki, kənddə yaşayan uşaqların informasiya resurslarına çıxışı və texnoloji savadlılığı, həmçinin onlayn təhsilə dəstək məqsədilə kompüterlərdən 5-i şagird və müəllimlərin istifadəsi üçün məktəbə, 28-i isə məktəblilərə hədiyyə edilib.
Xatırladaq ki, bu günədək www.asanmektub.az saytı vasitəsilə vətəndaşların və müxtəlif təşkilatların dəstəyi nəticəsində 6000-dən çox istək reallaşdırılıb.
Ev ASTARA XƏBƏRLƏRİ “ASAN Məktub” sosial proqramı çərçivəsində şagirdlərə kompüterlər hədiyyə edilib