10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasinin Prezidenti Ali Baş Komandan İlham Əliyev xalqa müraciət etdi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin videokonfrans formatında görüşünün təfərrüatları xalqa açıqlandı. Azərbaycan, Rusiya, Ermənistan rəhbərlərinin Dağlıq Qarabağla bağlı bəyanat imzaladıqları elan edildi. Hərbi müstəvidə müharibənin artıq başa çatdığı və bu bəyanatla işğal altında olan torpaqlarımızın tam şəkildə Azərbaycana qaytarılacağı bildirildi.
Astarainfo.az xəbər verir ki,30 illik həsrətin sona çatdığını eşidən xalq,müharibə iştirakçıları ,qazilər,rayon gəncləri,bir sözlə ,bu xəbəri eşidən hər kəs şəhərə axışıb. 27 sentyabrdan başlanan Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş astaralıların sevincinin həddi-hüdudu yoxdur.Bu xəbərin axşam gec saatlarında elan edilməsinə baxmayaraq ,rayon sakinlərinin böyük sevincinin qarşısını heç nə ala bilməyib. Axşam saat 04:00 -dan etibarən insanların sevinc sədaları Astara küçələrini bürüyüb.