Astara rayonunun təsərrüfatlarında payızlıq əkinlər davam etdirilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən  verilən məlumata əsasən, indiyədək 763 hektarda payızlıq əkinlər üçün şum qaldırılıb. Sahələrdə 57,9 hektarda buğda, 23 hektarda arpa, 2 hektarda vələmir, 51,85 hektarda kələm və 155,6 hektarda yonca bitkisi əkilib.

Əkin kampaniyasını yüksək keyfiyyətlə və optimal müddətdə başa vurmaq üçün sahələrə kifayət qədər maşın və mexanizm, canlı qüvvə cəlb edilib.

Lənkəran “Aqroservis” ASC tərəfindən rayonun fermerləri və məhsul istehsalçıları bu il kifayət qədər gübrə ilə təmin olunublar.

Rayonda payızlıq əkin kampaniyası dekabrın sonunadək davam edəcək.(AZƏRTAC)