“Bu günü 30 il gözləyən bizim qaçqın və məcburi köçkünlərimiz bu böyük hərbi və siyasi qələbəni qeyd edirlər. Onlar özlərinin qayıdışı üçün vaxt cədvəlini səbirsizliklə gözləyirlər”.
Astarainfo.az
 xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev tvitter hesabında yazıb.
Ölkə başçısı onu da əlavə edib ki, Azərbaycan öz ərazisində döyüşmüş, öz ərazi bütövlüyünü bərpa etmiş və bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Avropa İttifaqı ilə Azərbaycan tərəfindən paraflanmış sənədə uyğundur.