Astara Dövlət Rəsm Qalereyası pandemiya dövründə yeniyetmə və gənc həvəskar rəssamlar arasında bir sıra online müsabiqələr təşkil edib.

Astarainfo.az  xəbər verir ki, Rəsm Qalereyasında təşkil olunmuş “Təmiz əllər” onlayn müsabiqəsində iştirak etmiş 12 həvəskar rəssamdan yalnız 4-nün əl işləri fərqləndirici yerlərə layiq görülüb.

Onlayn müsabiqədə fərqlənənlərə xüsusi karantin rejiminin qaydalarına əməl olunmaqla diplomlar və fəxri fərmanlar təqdim olunub.(AZƏRTAC)