Astara Rayon Heydər Əliyev Mərkəzinin və Ziya Bünyadov adına Astara şəhər 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Qanlı Yanvar faciəsi xalqın qan yaddaşıdır” mövzusunda onlayn tarix dərsi keçirilib.

Astarainfo.az  xəbər verir ki, onlayn tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Astara Rayon Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımovanın mövzu ilə bağlı məruzəsi dinlənilib. Qeyd olunub ki, 20 Yanvar faciəsindən 31 il ötür. 20 Yanvar Azərbaycan tarixinə qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil, eyni zamanda, bu tarix milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi.

Onlayn dərsin sonunda Astara Rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədovanın “Qanlı 20 Yanvar faciəsi” mövzusunda videotəqdimatı nümayiş etdirilib.