Azərbaycan boks məktəbinin yetişdirdiyi istedadlı idmançılardan biri Elvin Qənbərovdur.
Astarainfo.az xəbər verir ki, o,1992-ci ildə Astarada anadan olmuşdur. Erkən yaşlarından boksa maraq göstərmişdir. Ailəsi onu idman məktəbinə yazdırmışdır. İllər ötdükcə Elvinin boksa marağı daha da artmış və ondakı böyük potensialı görən məşqçiləri gənc idmançının ölkədaxili yarışlara qatılmasına şərait yaratmışlar.İlk dəfə Bakıda yeniyetmələr arasında keçirilən turnirdə birinci yeri qazanıb.Daha sonra gənclər arasında keçirilən Respublika turnirində ikinci yeri qazanıb.
Həqiqi hərbi xidməti başa vurub qayıdan Elvin müntəzəm olaraq boksla məşğul olur.Bir müddət kişilər arasında keçirilən Respublika turnirlərində birinci və ikinci yerləri qazanır.
5 il “Qəbələ” idman klubunu təmsil edən boksçu yiğma komandanın tərkibində beynəxalq yarışlara qatılır. Bundan sonra uğurlu nəticələr gəlməyə başlayır. Elvin bir neçə beynəlxalq turnirin qalibi və mükafatçısı olmuşdur. Rusiyanın Sank- Peterburq şəhərində keçirilən Dünya oyunlarında ikinci yer,Serbiyada birinci yer,Londonda isə ikinci yeri qazanmışdır.
2018-ci ildən Amerikada kariyerasını davam etdirən boksçu qeyd edir ki,orada əziyyətə qatlanmağı bacaran boksda yüksələ bilir.Amerikada fəaliyyət göstərdiyi müddətdə boksçu döyüşlərdə 12 qələbə əldə edib,11 dəfə isə rəqibini nokaut etməyi bacarıb.
28 yaşlı dəri əlçək ustası 70 kq(160 paon) çəki dərəcəsində rinqə çıxır.
Hazırda döyüşlərə hazırlaşan Elvin Qənbərov 20 qələbədən sonra dünya kəmər uğrunda mübarizə aparmaq arzusundadır.
Əfsun Ələskərli