Azərbaycan tarixinə elə payızın rəngi ilə qızılı hərflərlə yazılan Qələbənin qazanılmasında Şamo İbrahimovun  da payı var. Onun Vətənlə bağlı arzuları savaşda xidmət aparan digər hərbçilərlə  eynidir – qalib ordunun sıralarında xidmət etdikləri üçün qürur duyurlar, Vətənin keşiyində dayanmağı özləri üçün fəxr bilirlər.

İbrahimov  Şamo İntiqam oğlu  1994-cü il də  rayonun  Kijəbə qəsəbəsində anadan olub. Orta təhsillidir.Həqiqi  hərbi xidmət  zamanı Milli Ordunun Artilleriya qoşunlarında xidmət edib.44 günlük müharibədə ilk gündən sonadək döyüşüb  qəhrəman əsgər.Baş tuşlayıcı vəifəsini icra edən Şamo deyir ki,vəzifəsi bu olsa da əlindən gələn hər biri işi görməyə can atıb.Horadiz xatirələri onun yaddaşında unudulmaz izlər buraxıb.

Çox yaxın məsafədən üzbəüz atışırdıq.Solumuzda və sağımızda ikitərəfli döyüş gedirdi.Biz düşmən səddini yarmışdıq .Ətrafımız tamam düşmən əsgərləri idi.Biz onların müqavimətini qırmağı bacardıq.

Şamo qeyd edir ki,bu döyüşə  gedən hər kəs ölümü də gözə alıb getmişdi.

“Şairin də dediyi kimi : İki yoldan birini seçəcəkdik.Ya azad olacaqdıq,ya candan keçəcəkdik.Döyüşə başlayanda ordakı əhval-ruhiyəni görən hər kəs 100 % qələbəyə inanırdı.Artıq bütün şübhələr alt-üst olmuşdu. Vətən müharibəsində birinci Qarabağ müharibəsindəki pərən-pərənlikdən əsər yox idi. Hərbi hava qüvvələri,quru qoşunları – bir sözlə bütünlükdə hərbi hazırlığımız  nizamlı və tam idi.Müdafiə Nazirliyindən hər dəfə xoş xəbərlər gələndə orduda döyüş coşğusu birə -min artırdı.

Füzuli,Cəbrayıl,Zəngilan və Qubadlının alınmasında böyük rəşadət göstərib qəhrəman əsgər.Laçında əsas mövqeləri ələ keçirən əsgərlərimiz elə səngərdəcə qələbə xəbərini alırlar.44 gün sərasər döyüşən qəhrəman Respublika Prezidenti İlham Əliyevin sərəncamına əsasən 5 medalla-“Füzulinin azad edilməsinə görə”,Cəbrayılın azad edilməsinə görə”,”Qubadlının azad edilməsinə görə”,”Zəngilanın azad edilməsinə görə” və “Laçının azad edilməsinə görə” medalı ilə təltif edilib.

Əfsun Ələskərli