Vətən müharibəsində bütün xalq bir yumruq olaraq həmrəylik göstərdi. Biz ermənilərə yalnız döyüş meydanında deyil, bütün sahələrdə qalib gəldik, 30 ildir gözlədiyimiz amalı yerinə yetirdik.

Bu fikirləri qəzetimizə müsahibəsində İkinci Qarabağ döyüşlərinin iştrakçısı, Astara Rayon İcra Hakimiyyətində sosial-iqtisadi inkişafın proqnozlaşdırılması şöbəsində aparıcı məsləhətçi  Aqil Əhmədov  bildirib.

Əhmədov Aqil Zakir oğlu Astara rayon Kakalos kəndində anadan olub.Azərbaycan Texniki Universitetinin Menecerlik  fakultəsini mühəndis peşəsi üzrə bitirib.Bakalavr və magistr üzrə təhsil pillələrini fərqlənmə diplomu ilə başa vurub.2013-cu ildən Astara Rayon İcra Hakimiyyətində sosial-iqtisadi inkişafın proqnozlaşdırılması şöbəsində aparıcı-məsləhətçi kimi çalışmağa başlayıb.2014-cu il dekabrın 1-dən Astara poct rəisi vəzifəsində çalışıb.2020-ci ilin avqustundan  sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi kimi iş fəaliyyətini davam  etdirib.

 

28 sentyabrdan cəbhəyə yola düşən Aqil  44 günlük müharibənin iştirakçılarındandır.Komandiri olduğu minaatan batareya   könüllülərdən və səfərbərlik çağırışı ilə cəbhəyə gedənlərdən  ibarət olub.

Cəbrayıl və Qubadlı istiqamətində döyüşlərdə iştirak edib.

“Tərkibində olduğumuz  piyada qoşun ilə biz  addım-addım təpələri və yüksəklikləri düşməndən alırdıq. Heyətə başçılıq edib verilən istiqamət üzrə irəliləmək ,səngərlər qazmaq,gecə növbəsi təşkil etmək,onların sağlığını güvənə almaq –hamısı mənim məsuliyyətimdə idi. Şəxsi heyətin qorunması çox vacib məsələ idi. Onların yerləşməsi,istirahəti,döyüş növbətçiliyi,psixoloji durumunu nəzarətdə saxlayırdıq.Düzdür,səfərbərlikdən gələn ogullar çox qeyrətli idi,cəsur idi.Hara əmr etsəniz gedərik,-deyirdilər.Amma bunun üçün onları yetişdirmək lazım idi.”

 Döyüş xatirələrini danışan A.Əhmədov deyir ki, bu çətin yolda  məqsədə çatmağa  birlik səbəb olub:

“Düşməni qova-qova gedirdik. Düşmən artilleriyası da güclü işləyirdi ,biz yalnız tədbirli olmaqla uğur qazanmışıq,bu asanlıqla olmayıb.Erməni kəşfiyyatına qarşı əsgərlərimizin ayıq-sayıqlığı nəticəsində  bizə bata bilmirdilər.Biz düşmənlə çox yaxın təmas xəttində idik.Ona görə də koordinatları biz verirdik arxaya.Amma bu həm də çox təhlükəli idi.30 ildir əraziyə bələd olan düşmən özünə elə müşahidə məntəqələri seçmişdi ki,bizi rahatlıqla görə bilərdi. Bizim korpus komandirimiz Mayis Bərxudarov başda olmaqla biz Qubadlıdan keçib sərhədə yaxınlaşdıq.Təpələrə sığına-sığına  özümüz üçün səngər saldıq.Çünki  düşmən artilleriyası susmurdu.Həmin gecəni oyaq pusquda qaldıq.Yaxşı ki,yatmamışdıq erməni kəşfiyyatı gəldi ,atışma başlandı.Onlara laiqli cavab verə bildik.Düşmən kəşfiyyatı məhv edildi,onların silah-sursatını qənimat olaraq götürdük.”

Kapitan  müharibə bitəndən sonra komandanın 19 gün kazarma şəraitində qalmasını əsgərlərin psixoloji vəziyyəti üçün çox müsbət dəyərləndirdi.Onlar Daşaltı meşəsindən keçib Şuşaya gedirlər.Təhlükəli yollardan keçirlər.Amma qələbə sevinci artıq onlarda başqa bir abu-hava yaratmış olur.

Komandir masaüstü xəritəsində addım-addım keçdiyi döyüş yollarını göstərirdi:Çəmərli,Çardaqlı,Hadrut,Cocuqmərcanlı,Minbaşılı,Mehdili,Şükürbəyli,Böyükmərcanlı,Sarcalı,Soltanlı ,Həkəri çayı……. Övladları – Yusif və Orxan  da  maraqla onu izləyirdi.Onlar ataları ilə qürur duyur və oraları gedib görəcəkləri günü səbrsizliklə gözləyirlər.

“Biz sevinməliyik. Sevinməliyik ki, bu tarixi hadisə məhz bizim vaxtımıza düşdü. Bu əvvəl-axır olmalı idi. Biz Qarabağın işğalı ilə heç cür barışa bilməzdik. Bu birmənalı idi. Qarabağın işğal faktorunu biz qəbul etməyəcəkdik. Mənim vaxtıma düşməsə, bizim övladlarımızın vaxtına düşəcəkdi. Nə xoşbəxtik ki, bunu biz yaşadıq. Bunun ağrısını da, acısını da biz çəkək, övladlarımıza bu problemi saxlamayaq. Çünki nə qədər şərfəli, nə qədər qürurlu olsa da, bunun ağır tərəfləri də var.Mənim canım çəkdi bu ağrını, mənim övladım çəkməsin. Övladlarımıza fərx edəsi yaddaş saxlayaq…”.

Qeyd edək,kapitan Aqil Əhmədov respublika prezidentinin sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” və “Qubalının azad olunmasına görə” medalı ilə təltif edilib.

                                                                                                    Əfsun Ələskərli