Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “RBK” teıeviziyasına müahibəsində “Böyük Turan” ideyası barədə danışıb.
Astarainfo.az
 Rusiya mətbuatına istinadla xəbər verir ki, jurnalist Azərbaycan və daha bir neçə ölkənin “Böyük Turan”ın qurulmasının tərəfdarı olduğunu və belə olduğu təqdirdə Türkiyənin güclənməsindən Rusiyanın qorxub-qorxmadığı barədə sual ünvanlayıb. Lavrov isə belə bir halın baş verəcəyini düşünmədiyini bildirib:
“Böyük Turan” dan tarixi mənada fövqəlmilli bir varlıq kimi danışsaq, Türkiyənin belə bir hədəfinin olduğunu düşünmürəm. SSRİ-nin tərkibinə girən və müstəqil olan ölkələrin bu fikri necə dəstəkləyəcəyini bilmirəm”.