Ermənistanın Müdafiə naziri Vaqarşak Harutyunyan Gümrüdəki Rusiya hərbi bazasının bir hissəsinin köçürüləcəyini deyib.
Astarainfo.az
 xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, Ermənistanın Azərbaycanla sərhədin təhlükəsizliyinin qorunmasının təmin edilməsi üçün Rusiya sərhəd xidmətinə əlavə funksiyalar həvalə edilib. Bu səbəblə Gümrüdəki Rusiya hərbi bazasının bir hissəsi Ermənistanın şərqinə köçürülür. Hazırda köçürülmə prosesi ilə əlaqədar müzakirələr aparılır.