ABŞ prezidenti Cozef Bayden Rusiya prezidenti Vladimir Putin haqqında sərt ifadələr işlədib.
Astarainfo.az
 “Sözcü”ya istinadla xəbər verir ki, Bayden ABC televiziyasına verdiyi müsahibəsi zamanı Putinə qarşı sərt sözlər söyləyib. O, Rusiya prezidentini qatil adlandırıb:
“Məncə, Rusiya lideri bir qatildir. ABŞ-da seçkilərə qarışdığı üçün cavab verəcək”.
Daha sonra jurnalist “Putinə necə qarşılıq verəcəksiniz” deyə daha bir sual ünvanlayıb. Bayden isə “yaxında görəcəksiniz”-deyə cavab verib.