Ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir.
Astarainfo.az xəbər verir ki, əhalinin vaksinasiya olunması üçün Astara Rayon Mərkəzi Xəstəxanasında bütün zəruri tədbirlər görülüb və burada peyvənd kampaniyasının yüksək səviyyədə keçirilməsini təmin etmək üçün lazımi şərait yaradılıb.
İndiyədək Astara rayonu üzrə ümumilikdə 5918 nəfər koronavirus infeksiyasına qarşı peyvənd olunub. Onlardan 1801 nəfəri 65 yaşdan yuxarı, 3276 nəfəri 50-65 yaşarası və 841 nəfəri isə 50 yaşadək olan vətəndaşlardır.