Qırğızıstan-Tacikistan sərhədindəki münaqişə zamanı yaralanan Qırğızıstan vətəndaşı ölüb.
Bu barədə Qırğızıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyindən məlumat verilib:
“Tacikistanla sərhəddə yaralanan vətəndaşlarımızdan biri öldü.17 Qırğızıstan vətəndaşı tibbi yardım üçün müraciət edib”
Verilən son məlumatlara görə, sərhədə yaxın bölgədə yaşayan 400-dən çox mülki şəxs təxliyə edilib.
Qırğızıstan və Tacikistan sərhədində təhlükəsizlik qüvvələri arasında atışma baş verib.
Astarainfo.az
 “İnterfax”a istinadən xəbər verir ki, hadisənin baş verməsində tərəflər bir-birini günhalandırır. Hadisə bu gün günorta saatlarında Qolovnoy su paylama məntəqəsində baş verib.
Tacikistan qarşı tərəfin sözügedən su paylama məntəqəsini qanunsuz olaraq ələ keçirmək istədiyini vurğulayıb. Qırğızıstan isə səhər saatlarında Tacikistanın ərazidən keçən qırğız vətəndaşların ov tüfəngindən atəşə tutduğunu bildirib. Qırğızstan Səhiyyə Nazirliyi hadisə nəticəsində 8 qırğızın yaralandığını və xəstəxanaya yerləşdirildiyini qeyd edib.
Qeyd edək ki, Tacikistan və Qırğızıstan arasındakı sərhədin uzunluğu 976 kilometrdir, bunun yalnız 504 kilometrində delimitasiya və demarkasiya prosesi baş tutub. Qalan ərazilərin kimə məxsusluğu təyin olunmadığından bu iki ölkə arasında qarşıdurmaya səbəb olur.